Reklam verin!


opiumİyul 4, 2009 23:33

İnanmağım gəlmir, ancaq elə bir ki bir əvvəlki yazını keçən həftə yazmışdım..Üstündən 1 il keçib..

Yenidən burda olmağıma çox sevinirəm. Bu gun heyətimizin bir neçə üzvü ilə görüşə bildim. Jurnalımızın 4-cü sayını mənə təqdim etdilər. Bir neçə günə əsgərlikdən qayıdan üzvlər qarışıq yığışıb bütün işləri təhlil edəcəyik. Axır tam qüvvə ilə yeni bir başlanğıca başlamağın vaxtı gəlib çıxdı.

Bloqu izləsəniz, başqa yerlərdən eşidə bilməyəcəyiniz xəbərləri buradan əldə edə biləcəksiz.



BölməsizŞərhlər(0)     Baxış sayı:0
opiumİyun 30, 2008 19:33

Bütün işlərimi görəndən sonra artıq yazılası nəsə əmələ gəldi, indi də yazıram.

Deməli, ən başlıca deyim ki,sağ-salamat universiteti bitirdik növbəti mərhələyə atıldıq.İndi qabaqda daha fərqli, daha maraqlı həyat olacaq. AMMMA.. indi, yox, 1 il sonra. 

Heyətimizdən (mən daxil olmaqla) əsgərliyə gedənlər var, onlara uğurlar, qulluqlarını sağ-salamat bitirib qayıtmalarını arzulayıram! Allah yolumuzu açıq eləsin!

Demək olar ki, hər şey öz yerində oturdu, kimin hara gedəcəyi, kimin harada işləyəcəyi bilindi, indi canla-başla jurnalı davam etdirmək vaxtıdır.

Hamınıza uğurlar! Mən inşallah ayın 12-si gedirəm əsgərliyə, blogu da 1 il müddətinə bağlı elan edirəm! 1 il sonra Explorer-ə aid digər yerdə tapa bilməyəcəyiniz xəbər və şəkilləri yenidən yerləşdirməyə davam edəcəm, inşallah! 



BölməsizŞərhlər(3)     Baxış sayı:185
opiumMay 20, 2008 12:46

PS: bəri başdan deyim ki, yazının aşağısında DAVAMI.. sözünə tıklayarsız, o biri səhifədə şəkillər var. 

inanırsız..bayaqdan burda kalan şey yazmışdım..bilmirəm server atdı yoxsa nə, hamısı pozuldu..indi təzdən yazmaq lazımdı..sizdə də yəqin belə olub ki, yazırsız yazırsız sonra göndərəndə nəsə sayt oşibka verir, bütün yazdıqlarınız qalxır atmosferə...Ağlama

Eyni şeyi təzdən yazmaq uje ləzzət eləməz, amma biraz oxşadacam..

Deməli vaxt gəldi çatdı, nəhayət ki, Explorer komandası da öz həyatında MƏZUN adını qazanmaq ərəfəsindədir.. Bu gün, yə`ni 20 May axşam saat 6-da Musiqili Komediya Teatrında Qafqaz Universitetinin 2008-ci ilin məzunları şərəfinə tədbir olacaq. Biz orda səhnəyə qalxıb and içəcəyik (amma bilmirəm nəyə and içəcəyik, nə deyəcəyik orda Saz , orda gedəndə özləri başa salarlar ) və ən əsası papaqlarımızı göyə atacayıq səhnədən!! Amerikasnki kinolarda baxmısız yəqin, bu çox təsirli anlar olur həmişə..  Hə, çox heyif tədbirdə yer çatışmazlığı var..Dünən rektor bizi yığıb söhbət elədi, başa saldı ki, bəs, tədbirdə həmçinin bütün litsey və araz kursların uğurlarının qeyd olunması olacaq ona görə yer qıtlığı yaranacaq, çox təəsüf ki valideynləriniz gəlsə ayaq üstə gözləməli olacaqlar..çox pisdi əslində, amma elə də katastrofa deyil. Böyük ehtimal valideynlər gəlməyəcək, amma öz qızlarının, oğullarının göyə papaq atmasına canlı şahid olmaq çox gözəl olardı..Deməli bu problem hardan ortaya çıxdı?! Ordan ortaya çıxdı ki, hər il respublika sarayında keçirilən məzuniyyət proqramı bu il ordakı remonta görə orda keçirilə bilmir və başqa yerlər də o qədər camaatı sığışdıra bilmir..əşi nəsə, həyatda bunnan da pis hadisələr olur, məsələn, papağı göyə atdın, qaldı orda :)) hə, indi gəl görüm neynirsən..Saz

Deməli, rektorun bizi feyziyyab eliyən söhbətindən sonra akademiklərə oxşadan paltarları geyindik və düşdük universitetin canına şəkil çəkdirməyə..kalan şəkil çəkdirdik, şəkillər çox sevincli və əla alınıb. Bircə gözlərimiz paltarlarımız rənginə düşməsəydi hər şey lap əla olardı.Deyəsən bu fotoapparatımın düzgün nastroyka edilməməsinə görə oldu, başqa vaxt mənim SONY-im məni podvodit eləmirdi axı..

Biz mühəndislik fakulteti olduğumuza görə, bizə qızıl rəngli formalar paylanmışdı..( guya əlaqəsi var daa?! Şən )) hə, rəng düzün desəm ürəyimizcə olmadı, amma buna da şükür. O biri fakultələrdə qırmızı, yaşıl,göy rənglər idi. Amma demək olar ki hamı bu paltarlarda ömrünü oxumağa həsr etmiş professorlara oxşuyur.

Şəkillərdə bir iki nəfərdən başqa çoxusu EXPLORER heyətinin qurucularıdır. Sinifimizdə 20-dən çox adam var, onlardan 13-ü EXPLORER-in banisləridi. çox vaxtınızı almıyım, şəkillərə baxın, bilin ki, ciddi işlərə girişməyimizə baxmaraq МЫ ОЧЕНЬ ВЕСЕЛЫЕ РЕБЬЯТА!!! Yə`ni biz çox şən oğlanlarıq, yumor hissimiz və həyata optimist baxışımız yerindədi.

Optimist baxış demişkən, internetdə olarkən çox uzun mətn yazanda, göndərməmişdən əvvəl bütün mətni hər ehtimala qarşı kopyalamaq yaddan çıxmasın aaa.. 

PS: yenə də xatırladım ki, yazının aşağısında DAVAMI.. sözünə tıklayarsız, o biri səhifədə şəkillər var.

Davamı...

BölməsizŞərhlər(9)     Baxış sayı:274
opiumMay 20, 2008 12:20

Yuxarıda danışdığım həmin o itən yazı sən demə çıxıb ki burda :)) Əgər yuxarını oxumamısızsa onda heç nə olmaz, bu yazını oxuyandan sonra yuxarı keçəndə başa düşəcəksiz məsələni..Bu yazını silmirəm, qoy bu da qalsın.

Şəkillər yuxarıdakı yazının ardındadır..

 1-ci yazdığım belə idi:

Bu gun yə`ni 20 May, axşam saat 18:00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Qafqaz Universitetinin 2008-ci ilinin məzunlarına həsr olunmuş "Qafqaz-ın sədaqət andı" adlı məzuniyyət gecəsi keçiriləcək.

Bu nə deməkdir? Bu o deməkdir ki, Explorer heyətinin üzvləri bu gün məzun olurlar!!  4-ildir ki, bu günün gəlib çatacağını bilirdik. Kimsə getmək istəyir, kimsə istəmir..

Dünən universitetdə məzuniyyət proqramında geyinəcəyimiz plaş və papaqları verdilər, biz də geyinib kalan şəkil çəkdirdik. Belə fürsət ildə bir dəfə ələ keçir.. Xe, bəlkədə həyatda bir dəfə :))

Hə, poçti bütün pozalarda şəkillər çəkdirdik, onu da deyim ki, şəkillərdən hiss eləmək olur ki kefimiz saz idi. Düzdü sinfimizdəki bütün uşaqlar gəlməmişdi, amma çox adam orda idi dünən.. Aşağıdakı şəkillərdə yazmayacam kim kimdir, amma bir iki nəfərdən başqa orda demək olar ki, hamısı EXPLORER heyətinin qurucularıdır. Niyə qurucuları dedim, üzvləri demədim? Çünkü EXPLORER-in qurucuları cəmi 13 nəfər, amma üzvləri isə çoxdu..Bizə məqalə göndərənlər, dəstək verənlər və s...hamısı EXPLORERin ayrılmaz hissələridir. TheWarrior-un dediyi kimi, bu hamının jurnalıdır!!

Hə, bir şeyi də deyim ki, biz Mühəndislik fakulteti olduğumuz üçün paltarlarımız qızılı rəngdə idi..Amma mənim şəxsi fikrimcə biraz tuxta görsənir ee. O biri fakultələrdə yaşıl, qırmızı, göy rəngli idi paltarlar..Onlarda daha solidnıy görsənir paltarlar. Amma akademiklərə oxşamağa qalsa, hamı oxşuyur deyəsən :)

Bir də ki, dünən şəkil çəkdirəndə, göy buludlu olmasına baxmayaraq, gözümüz çıxırdı ee..Düz baxmaq olmurdu.. + nəsə fotoapparatım dünən podvodit elədi..Bütün şəkillərdə gözlərimiz parlaq çıxıb..Mən həmişə çəkəndə belə olmurdu, amma bu gün gözlərimizin rəngi lap qızılı paltarlarımızın rənginə oxşadı )) Yəqin nastroykalarını düzgün verməmişdik..

Ciddi işlərə girişdiyimizə baxmayaraq, МЫ ОЧЕНЬ ВЕСЕЛЫЕ РЕБЬЯТА!!!!Göz vur



BölməsizŞərhlər(0)     Baxış sayı:158
opiumMay 18, 2008 16:34

Həmin o danışdığım tədbir haqqında rəsmi məlumatları buradan (http://www.mincom.gov.az/az/main.html) oxuya bilərsiz.

Elə eyni şeyi buradan da oxuya bilərsiniz:

 Azərbaycanda 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunur

Bu gün, may ayının 17-i dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Bu münasibətlə Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Hazırda “Hyatt Regency” otelinin “Bakı” zalında təntənəli mərasim keçirilir.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin çıxışından sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Qi Munun müraciəti oxunacaq, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Həmədun Turenin video-müraciəti nümayiş etdiriləcək.
Mərasim iştirakçılarına 2005-2008-ci illəri əhatə edən “Elektron Azərbaycan” Dövlət Proqramı üzrə görülmüş işlər haqqında film təqdim olunacaq, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırılacaq. Qeyd edək ki, 1-ci yeri Qafqaz Universitetinin «Qafqaz Şahinləri», 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Bakı Dövlət Universitetinin «İNF 14» və «ENG 1» komandaları tutublar.
Bundan əlavə tədbir zamanı “Təhsildə qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı”nın və “Onlayn ödəmə sistemi”nin təqdimatları keçiriləcək.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediləcəyi planlaşdırılır.
Qeyd edək ki, 2006-cı ildə BMT Baş Assambleyası  Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması günü münasibəti ilə 17 may tarixini Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan etmişdir. 
İnformasiya və kommunikasiya texnologiyaları barədə maarifləndirməni artırmağı nəzərdə tutan Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün bu ilki mövzusu əlil insanların informasiya-telekommunikasiya texnologiyalarında istifadə imkanlarının artırılmasıdır.


BölməsizŞərhlər(0)     Baxış sayı:152
opiumMay 18, 2008 1:26

Bu gun oteldə Bakı zalında İKT sahəsinin inkişafı ilə əlaqədar tədbir keçirildi. xəbərlərdən eşidəcəksiniz özünüz. Nəsə, biz də orda idik..

Heyf şəkil flan çəkmədik, amma nə-nətər oldu danışaram. Deməli qonaqlar yığışana yaxın biz stend qurduq, jurnalları stolun üstünə düzdük. Ay daa. camaat bir axışmaq- axışdı..

hərəsi nəinki özləri üçün, dostu, podruqaları və s üçün də götürüdülər. Jurnalistləri voobşe demirəm ))

Amma sağolsunlar hamı maraq göstərib götürürdü. Nəsə, biz gördük ki, jurnal qalmayacaq, daay stendin üstünə qoymadıq, saxladıq ki, axırda qaymaq sayılan qonaqlar üçün də nəsə paylamağa qalsın.

Təxmini desəm, çox maraqlı keçdi tədbir. Maraqlı təqdimatları gördük, Kompyuter olimpiadalarında qalib olan gənclərin mukafatlandırılması da oldu. Onu da deyim ki onlar arasinda qrup şəklində yarışlarda Qafqaz Universiteti qrupu qalib idi. Ayrıca litsey uşaqları da həmişəki kimi doluydu )) Baki Dövlət universitetinin də adı yadımda qaldı. Qaliblərə verilən hədiyyələrə isə söz ola bilməzdi ))

Tədbirdən sonra əla furşet var idi. Furşet, yə`ni yiyib-içmək. Aristoklarlar buna belə deyirlər )) Tədbirdən qarnı dolu qayıtdıq və bir iki əhəmiyyətli yeni tanışlıqlarlarımız oldu. 

 



BölməsizŞərhlər(0)     Baxış sayı:186
opiumMay 18, 2008 0:59

Orda hırıldayanı tanıdız yəqin..

 duma



BölməsizŞərhlər(2)     Baxış sayı:254
opiumMay 18, 2008 0:35

Yadımdadı )) biraz həyəcanlanırdıq onda.. Tələbələr gəlib baxıb, alırdılar.İlk əvvəllər daha çox oğlanlar stendlərimiz qabağını kəsdirirdilər )) ona görə qızlar az gəlirdi, sonralar bu da düzəldi Saz

 

2
3
1

 



BölməsizŞərhlər(6)     Baxış sayı:240
  Yazılar cəmi: 8   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog