Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!


opiumMay 20, 2008 12:46

PS: bəri başdan deyim ki, yazının aşağısında DAVAMI.. sözünə tıklayarsız, o biri səhifədə şəkillər var. 

inanırsız..bayaqdan burda kalan şey yazmışdım..bilmirəm server atdı yoxsa nə, hamısı pozuldu..indi təzdən yazmaq lazımdı..sizdə də yəqin belə olub ki, yazırsız yazırsız sonra göndərəndə nəsə sayt oşibka verir, bütün yazdıqlarınız qalxır atmosferə...Ağlama

Eyni şeyi təzdən yazmaq uje ləzzət eləməz, amma biraz oxşadacam..

Deməli vaxt gəldi çatdı, nəhayət ki, Explorer komandası da öz həyatında MƏZUN adını qazanmaq ərəfəsindədir.. Bu gün, yə`ni 20 May axşam saat 6-da Musiqili Komediya Teatrında Qafqaz Universitetinin 2008-ci ilin məzunları şərəfinə tədbir olacaq. Biz orda səhnəyə qalxıb and içəcəyik (amma bilmirəm nəyə and içəcəyik, nə deyəcəyik orda Saz , orda gedəndə özləri başa salarlar ) və ən əsası papaqlarımızı göyə atacayıq səhnədən!! Amerikasnki kinolarda baxmısız yəqin, bu çox təsirli anlar olur həmişə..  Hə, çox heyif tədbirdə yer çatışmazlığı var..Dünən rektor bizi yığıb söhbət elədi, başa saldı ki, bəs, tədbirdə həmçinin bütün litsey və araz kursların uğurlarının qeyd olunması olacaq ona görə yer qıtlığı yaranacaq, çox təəsüf ki valideynləriniz gəlsə ayaq üstə gözləməli olacaqlar..çox pisdi əslində, amma elə də katastrofa deyil. Böyük ehtimal valideynlər gəlməyəcək, amma öz qızlarının, oğullarının göyə papaq atmasına canlı şahid olmaq çox gözəl olardı..Deməli bu problem hardan ortaya çıxdı?! Ordan ortaya çıxdı ki, hər il respublika sarayında keçirilən məzuniyyət proqramı bu il ordakı remonta görə orda keçirilə bilmir və başqa yerlər də o qədər camaatı sığışdıra bilmir..əşi nəsə, həyatda bunnan da pis hadisələr olur, məsələn, papağı göyə atdın, qaldı orda :)) hə, indi gəl görüm neynirsən..Saz

Deməli, rektorun bizi feyziyyab eliyən söhbətindən sonra akademiklərə oxşadan paltarları geyindik və düşdük universitetin canına şəkil çəkdirməyə..kalan şəkil çəkdirdik, şəkillər çox sevincli və əla alınıb. Bircə gözlərimiz paltarlarımız rənginə düşməsəydi hər şey lap əla olardı.Deyəsən bu fotoapparatımın düzgün nastroyka edilməməsinə görə oldu, başqa vaxt mənim SONY-im məni podvodit eləmirdi axı..

Biz mühəndislik fakulteti olduğumuza görə, bizə qızıl rəngli formalar paylanmışdı..( guya əlaqəsi var daa?! Şən )) hə, rəng düzün desəm ürəyimizcə olmadı, amma buna da şükür. O biri fakultələrdə qırmızı, yaşıl,göy rənglər idi. Amma demək olar ki hamı bu paltarlarda ömrünü oxumağa həsr etmiş professorlara oxşuyur.

Şəkillərdə bir iki nəfərdən başqa çoxusu EXPLORER heyətinin qurucularıdır. Sinifimizdə 20-dən çox adam var, onlardan 13-ü EXPLORER-in banisləridi. çox vaxtınızı almıyım, şəkillərə baxın, bilin ki, ciddi işlərə girişməyimizə baxmaraq МЫ ОЧЕНЬ ВЕСЕЛЫЕ РЕБЬЯТА!!! Yə`ni biz çox şən oğlanlarıq, yumor hissimiz və həyata optimist baxışımız yerindədi.

Optimist baxış demişkən, internetdə olarkən çox uzun mətn yazanda, göndərməmişdən əvvəl bütün mətni hər ehtimala qarşı kopyalamaq yaddan çıxmasın aaa.. 

PS: yenə də xatırladım ki, yazının aşağısında DAVAMI.. sözünə tıklayarsız, o biri səhifədə şəkillər var.


 









 



BölməsizŞərhlər(9)     Baxış sayı:273

1
Aygun yazıb:

aydaaaa, ne gozeldi.. smile Tebrikler. Caniniz qurtardi.

May 21, 2008 15:31

2
Opium yazıb:

çox sağolun. Əgər siz də tələbisinizsə, sizinçün olsun!! smile

May 22, 2008 21:48

3
Salyanli yazıb:

Tebrikler, usaqlar.

May 24, 2008 14:40

4
Rinat yazıb:

Salam. xahiş edirəm ki, mənim normal şəkilimi ora qoyasiniz. bu insan haqqlarına ziddir. Tebrikler smile

May 26, 2008 23:00

5
Opium yazıb:

salam Rinat. Sizin normal şəkli tapa bilmədim, ona görə bunları yerləşdirdim smile Normal şəkliniz olan kimi göndərin, yerləşdirim smile

May 27, 2008 18:13

6
Miri yazıb:

bu universitede axirki mene mezuniyyet tedbirinde istirak etmek olmadi...6 il universitete oxuyasan amma mezuniyyet tedbirinde istirak etmeyesen...o bir qiraga tedbirden hec xeberimde olmayibeee lol lol lol lol lol lol

İyun 7, 2008 2:04

7
Seva yazıb:

men de tebrik edirem sizleri.

İyun 22, 2008 21:34

8
Opium yazıb:

Təşəkkür, Seva

İyun 22, 2008 21:40

9

Opium,

bloga yerleshdirilen shekiller de blogunuz kimi maraqlidir smile

Afferin istedadli ve yaradici genclere!

By the way, hefte sonu bloqchularin gorushu kecirilecek, siz ishtirak edeceksiz?

Aytekin_LAnkaran
http://freeexpression.azeriblog.com

Avqust 13, 2008 16:03

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog